Bank Of Baku

Bakıda yaşayış binası yaxınlığında yaranan təhlükəli hal aradan qaldırılıb

Bakıda yaşayış binası yaxınlığında yaranan təhlükəli hal aradan qaldırılıb
# 21 dekabr 2022 17:26 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündən qopan dəmir parçasının yaxınlıqdakı ağacın üzərinə düşməsi və asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR