Bank Of Baku

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər təxliyə edilib
# 13 oktyabr 2025 10:29 (UTC +04:00)

Bakının Xətai rayonunda yanğın olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 49 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 04:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, Qədir Məmmədov küçəsi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə nevrasteniya diaqnozu ilə yerində ilkin tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR