Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
14.34
Bakıda fərdi yaşayış evi yanır.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.