Bank Of Baku

Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılıb - YENİLƏNİB

Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılıb - YENİLƏNİB
# 24 oktyabr 2024 16:52 (UTC +04:00)

Bakıda naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs – 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb.
Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

12.37

Vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

Qeyd olunub ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR