Bank Of Baku

Bakıda yol qəzası zamanı 4 nəfər xəsarət alıb - FOTO

Bakıda yol qəzası zamanı 4 nəfər xəsarət alıb - FOTO
# 05 aprel 2023 20:53 (UTC +04:00)

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Salyan şossesinin 14-cü kilometrliyində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri hərbçidir.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR