Bank Of Baku

Bakıda yol qəzasında avtomobil piyadaya xəsarət yetirib

Bakıda yol qəzasında avtomobil piyadaya xəsarət yetirib
# 24 avqust 2023 01:18 (UTC +04:00)

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 90-ZR-913 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, piyada keçidindən keçən qadını vurub. Piyada xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR