Bank Of Baku

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO
# 15 iyun 2023 02:06 (UTC +04:00)

Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

"Nissan", "Chevrolet" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan "Nissan" markalı avtomobil işıq dirəyinə çırpılıb. Həmin nəqliyyat vasitəsinin sükanı arxasında olan qadın sürücü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Hadisənin baş verdiyi ərazidə yol təsərrüfatına ziyan dəyib.

Qəza yerinə polis əməkdaşları cəlb edilib. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün qəzaya uğrayan avtomobillər ərazidən kənarlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR