Bank Of Baku

Bakının Nərimanov rayonunda 30 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi başlanıb

Bakının Nərimanov rayonunda 30 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi başlanıb
# 22 avqust 2023 08:50 (UTC +04:00)

Avqustun 22-də saat 08 radələrində paytaxtın Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR