Bakıda baş vermiş yanğın söndürülüb.
APA-nın məlumatına görə, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində quru otluq sahədə qeydə alınıb.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
20:53
Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində quru otluq sahədə baş verib.
Məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
İman İmanov