Bank Of Baku

Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 28 noyabr 2025 17:38 (UTC +04:00)

Bakının Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

***

16.20

Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR