Bank Of Baku

Balakəndə 4 ton narkotik tərkibli bitkilər məhv edilib

Balakəndə 4 ton narkotik tərkibli bitkilər məhv edilib
# 06 iyul 2023 12:27 (UTC +04:00)

Balakəndə 4 tona yaxın narkotik tərkibli bitkilər məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Meşəşambul kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 681 kiloqram olan 4022 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR