Bank Of Baku

Balakəndə qəza olub, sürücü ölüb - YENİLƏNİB

Balakəndə qəza olub, sürücü ölüb - YENİLƏNİB
# 18 oktyabr 2024 16:55 (UTC +04:00)

Balakəndə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub. Daha sonra isə avtomobil divara dəyib.

S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb.

***

16.25

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saat 15:00 radələrində Balakən-Kortala-İtitala avtomobil yolunda baş verib.

İlkin məlumata görə, qəza zamanı minik avtomobilinin sürücüsü Sirac Dinal oğlu Ramazanov aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR