Bank Of Baku

Balakəndə yas mərasimində oğul atasını bıçaqlayıb

Balakəndə yas mərasimində oğul atasını bıçaqlayıb
# 06 oktyabr 2022 09:57 (UTC +04:00)

Balakəndə yas mərasimində oğul atasını bıçaqlayıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yeni Şərif kənd ərazisində baş verib.

1993-cü il təvəllüdlü Yeni Şərif kənd sakini Ramil Şabanov nənəsinin yas mərasimində atası 1967-ci il təvəllüdlü Mahama Şabanovla mübahisə düşüb. Mübahisə zamanı Ramil Şabanov üzərində olan bıçaqla atasına xəsarət yetirib. Xəsarət alan Mahama Şabanov Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli sayılan Ramil Şabanov saxlanılıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR