Prokurorluq: Kütləvi məzarlıqlardakı insan qalıqları heç bir fərdiləşmə aparılmadan basdırılıb

Prokurorluq: Kütləvi məzarlıqlardakı insan qalıqları heç bir fərdiləşmə aparılmadan basdırılıb
# 30 aprel 2024 12:43 (UTC +04:00)

Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində, heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyən edilib.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aşkar edilmiş kütləvi məzarlıqların baxışı zamanı beynəlxalq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı suala cavabında deyib.

Orxan Rzayev qeyd edib ki, “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud surətdə pozulub: “Bu barədə xüsusilə qeyd etmək istəyirəm ki, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyasının tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.

Həmin Konvensiyaya əsasən münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazımi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR