Bank Of Baku

Bərdədə İrandan narkotik alıb ölkəyə gətirən şəxs saxlanılıb

Bərdədə İrandan narkotik alıb ölkəyə gətirən şəxs saxlanılıb
# 16 avqust 2024 09:11 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 kiloqram marixuana dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.

F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR