Bank Of Baku

Bərdədə keçmiş “Qocalar evi”ndə yanğın olub - VİDEO - YENİLƏNİB

Bərdədə keçmiş “Qocalar evi”ndə yanğın olub - VİDEO  - YENİLƏNİB
# 27 dekabr 2022 13:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 1122 m² (hər mərtəbəsi 561 m², bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 253 m² sahədə və dam örtüyü 361 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

12.12

Bərdədə fəaliyyət göstərməyən “Qocalar evi”nin binasında yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən binada yanğının səhər saatlarında elektrik naqillərində baş verən qısaqapanmadan yarandığı ehtimal edilir.

"Qocalar evi" bir müddətdir ki, fəaliyyətini dayandırıb, binada 3 məcburi köçkün ailəsi məskunlaşıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər cəlb edilib, alov yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR