Bank Of Baku

Bərdədə mağaza və köşkdən oğurluq olub, 3 yeniyetmə saxlanılıb

Bərdədə mağaza və köşkdən oğurluq olub, 3 yeniyetmə saxlanılıb
# 12 avqust 2023 14:34 (UTC +04:00)

Bərdə rayonu ərazisindəki 1 mağaza və 1 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir.
Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 1 mağaza və 1 köşkdən ümumilikdə 2000 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.
Onlardan birinin iyulun 30-da rayon ərazisindəki mağazaların birindən 95 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR