Bank Of Baku

Bərdədə nənə və nəvə dəm qazından boğularaq ölüb

Bərdədə nənə və nəvə dəm qazından boğularaq ölüb
# 09 noyabr 2025 19:57 (UTC +04:00)

Bərdədə nənə və nəvə dəm qazından boğulub.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Kənd sakini 1986 il təvəllüdlü Fətəliyeva Aytən Əsgər qızı və onun 2023-cü il təvəllüdlü nəvəsi Nəcəfov Sadiq Orxan oğlu dəm qazından zəhərlənib.

Hadisənin nənə nəvəsini çimizdirərkən baş verdiyi bildirilir.

Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR