Bank Of Baku

Bərdədə ölümlə nəticələnən qəza baş verib

Bərdədə ölümlə nəticələnən qəza baş verib
# 05 oktyabr 2024 15:51 (UTC +04:00)

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Saatlı kəndi ərazisində qeydə alınıb.

"KİA" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub. Hadisə zamanı ağır xəsarət alan kişi Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Qəzada həyatını itirən kişinin şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR