Bank Of Baku

Beyləqanda 9 yaşlı uşaq kanalda batıb - YENİLƏNİB

Beyləqanda 9 yaşlı uşaq kanalda batıb - YENİLƏNİB
# 19 avqust 2024 16:12 (UTC +04:00)

Beyləqanda su kanalında batan uşağın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, su kanalında batan uşağın 2015-ci il təvəllüdlü Yeni Mil qəsəbəsi sakini İbrahimov Əhməd Cahid oğlu olduğu bildirilir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar davam etdirilir.

Elgün Gəncimsoy

***

15.12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR