Beyləqanda minik avtomobili ilə motosiklet toqquşub

Beyləqanda minik avtomobili ilə motosiklet toqquşub
# 07 oktyabr 2024 21:54 (UTC +04:00)

Beyləqanda minik avtomobili motosikletlə toqquşub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayon Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Mercedes" markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Talıbov Aqşin Namiq oğlu və Vəliyev Rahib Rafiq oğlu Beyləqan rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan əldə edilən məlumata görə, yaralıların həyatı təhlükədə deyil.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR