Bank Of Baku

Beyləqanda qəza baş verib, 5 nəfər xəsarət alıb

Beyləqanda qəza baş verib, 5 nəfər xəsarət alıb
# 27 sentyabr 2024 20:17 (UTC +04:00)

Beyləqan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Musatayeva, Rəvan Məhərrəmov, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib.

Xəstəxanadan əldə olunan məlumata görə, yaralıların həyatı təhlükələri yoxdur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR