Xəbər veridiyimiz kimi, Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, ilkin məlumata görə, “Mercedes” markalı minik avtomobili ilə “KİA” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 3 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə ötmə və manevretmə qaydalarına ciddi riayət etməyi, hərəkət zamanı diqqətli olmağı və sürət həddini aşmamağı tövsiyə edir.
***
19:47
Oktyabrın 30-da saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub: "1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir".
***
19.05
Beyləqanda dörd nəfərin xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb. "Mercedes" markalı minik maşını ilə "KİA" markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər - 1961-ci il təvəllüdlü Tahir Nuriyev, 1997-ci il təvəllüdlü Raliz İbrahimov, 1997-ci il təvəllüdlü Bəhlul Məmmədov və 1980-ci il təvəllüdlü Rəşad Qasımov xəsarət alıb. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.