Bank Of Baku

Biləcəridə kafedə oğurluq olub

Biləcəridə kafedə oğurluq olub
# 17 dekabr 2022 11:36 (UTC +04:00)

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR