Bank Of Baku

Biləsuvar sakini qohumunu güllələyib - YENİLƏNİB-1

Biləsuvar sakini qohumunu güllələyib - YENİLƏNİB-1
# 24 may 2023 11:58 (UTC +04:00)

Mayın 24-ü saat 10 radələrində 1972-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əsgər Abdullayevin xəstəxanada ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Biləsuvar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı 1975-ci il təvəllüdlü Cavid Həmidovun rayonunun Çinarlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qohumu Əsgər Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

***

11.02

Biləsuvarda qohumu tərəfindən güllələnən şəxs ölüb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Məlumata görə, Əsgər Musa oğlu Abdullayevi göstərilən tibbi yardıma baxmayaraq dünyasını dəyişib.

***

10.49

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. O, hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR