Bank Of Baku

Biləsuvarda baş verən qəzada piyada ölüb

Biləsuvarda baş verən qəzada piyada ölüb
# 15 avqust 2023 22:14 (UTC +04:00)

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

Biləsuvar rayonun Çaylı kənd sakini, Ziyafəddin Fikrəd oğlu Fətullayevin idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Səlimə Mirmahmud qızı Sultanovanı vurub.

Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə, avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR