Bank Of Baku

Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub - SİYAHI - YENİLƏNİB - 2

Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub - SİYAHI   - YENİLƏNİB - 2
# 18 dekabr 2022 14:17 (UTC +04:00)

Xəbərə foto əlavə edilib.

***

13:14

Biləsuvar rayonu ərazisində baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

Bunlar Yardımlı rayon sakinləri, 1956-ci il təvəllüdlü Səmədxan Abdullayev, 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov,

Biləsuvar rayon sakinləri, 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir. Hazırda onların müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla araşdırmalara başlanılıb. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

***

11: 58

Biləsuvar rayonunda yol nəqliyyat qəzası baş verib, xəsarət alanlar var.

APA -nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt - Astara magistralında qeydə alınıb.

Yük avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ilkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR