Biləsuvarda yol qəzası baş verib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Biləsuvar şəhəri ərazisində qeydə alınıb. BMW markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kənd sakini Gülər Qulam qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma gedir.