Bank Of Baku

Biləsuvarda ev yanıb, 79 yaşlı qadın yanaraq ölüb - YENİLƏNİB

Biləsuvarda ev yanıb, 79 yaşlı qadın yanaraq ölüb - YENİLƏNİB
# 20 dekabr 2022 10:37 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda baş verən yanğın barədə məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, dekabrın 20-də saat 05:30 radələrində Biləsuvar rayonunun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb və həmin vaxt evdə olan 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və FHN-in yanğından mühafizə dəstəsinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

***

09.27

Biləsuvarda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR