Bank Of Baku

Biləsuvarda iki gün əvvəl qətlə yetirilən şəxsin atası vəfat edib

Biləsuvarda iki gün əvvəl qətlə yetirilən şəxsin atası vəfat edib
# 10 dekabr 2022 17:26 (UTC +04:00)

Biləsuvarda iki gün əvvəl qətlə yetirilən Mehtun Qarayevin atası da vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Xırmandalı kəndində qətlə yetirilən Mehtun Qarayevin atası Ramiz Qarayev dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, iki gün əvvəl 1985-ci il təvəllüdlü Cavad Eynulla oğlu Kazımov qisas məqsədilə, 1982-ci il təvəllüdlü Mehtun Ramiz oğlu Qarayevi baş və bel nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR