Bank Of Baku

Biləsuvarda maşın boruya çırpılıb, sürücü xəsarət alıb

Biləsuvarda maşın boruya çırpılıb, sürücü xəsarət alıb
# 23 sentyabr 2024 16:21 (UTC +04:00)

Biləsuvarda yol-nəqliyyat qəzası baş veriib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

2003-cü il təvəllüdlü Rəfael Famil oğlu Cabbarlının idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.

Qəza nəticəsində xəsarət alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR