Bank Of Baku

Biləsuvarda "Mercedes" aşıb, xəsarət alan var

Biləsuvarda "Mercedes" aşıb, xəsarət alan var
# 22 sentyabr 2024 01:45 (UTC +04:00)

Biləsuvarda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayon ərazisində, məcburi köçkünlər üçün salınan 7 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılııb.

Qəzada avtomobildə olan sərnişin Cəbrayıl rayon sakini, 1967-ci il təvəllüdlü Kərim Cəmil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

K.Məməmdov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR