Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində baş verib. "KİA" markalı minik avtomobili ilə "Ford Transit" markalı yük avtomobili toqquşub. Qəzada 4 nəfər xəsarət alıb. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:30 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin sınığı travması diaqnozu təyin olunub. Pasiyentələrə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.