Bank Of Baku

Bilgəhdə dənizdə bir nəfər batıb - VİDEO

Bilgəhdə dənizdə bir nəfər batıb - VİDEO
# 01 avqust 2026 12:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2000-ci il təvəllüdlü Kazımov Nizam Rüfət oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR