Tehran ABŞ və İsrailin mümkün hücumlarına qarşı genişmiqyaslı "cavab planı" hazırlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi “Tasnim” agentliyinə açıqlamasında ABŞ mediasında İranın infrastrukturuna mümkün hücumlarla bağlı yayılan məlumatlara münasibət bildirib.
O, bu iddiaları “ağılsızlıq” adlandırıb.
Rəsmi bildirib ki, İran tərəfindən cavab tədbirləri üçün geniş plan hazırlanıb: “Bu plan İsrailin həyati əhəmiyyətli infrastrukturunu və ABŞ-ın regiondakı enerji obyektlərini əhatə edir və biz bunun üçün hazırıq”.
O qeyd edib ki, İran Silahlı Qüvvələri həm 40 günlük müharibə dövründə, həm də son həftələrdə davam edən hadisələr zamanı belə addımları atmaq imkanına və iradəsinə malik olduğunu nümayiş etdirib.