Bank Of Baku

Binəli Yıldırım: Ağır yol qəzası idi, Allah qorudu

Binəli Yıldırım: Ağır yol qəzası idi, Allah qorudu
# 27 oktyabr 2022 13:05 (UTC +04:00)

Bir həftə əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngilanda mənim, millət vəkili Şamil Ayrımın və mühafizəçinin olduğu avtomobil qəzaya uğradı. Avtomobil bir neçə dəfə çevrildi, ağır bir qəza keçirdik. Allaha şükür edirəm, Allah qorudu.

APA xəbər verir ki, bu barədə xəstəxanadan evə buraxılan AK Partiyanın sədr müavini Binəli Yıldırım bildirib.

O, başında iki dəfə cərrahiyə əməliyyatının aparıldığını qeyd edib, eyni zamanda, əlavə edib ki, körpücük sümüyü də əməliyyat edilib.

“İki qabırğam qırılıb. Bu da zamanla keçəcək”, - Binəli Yıldırım vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR