Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
# 18 aprel 2024 09:05 (UTC +04:00)

Bu gün səhər 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

"Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda deyilir.

***

08:38

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR