Bank Of Baku

Binəqədidə üçmərtəbəli yaşayış binasında yanğın olub

Binəqədidə üçmərtəbəli yaşayış binasında yanğın olub
# 05 aprel 2023 09:06 (UTC +04:00)

Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR