Bank Of Baku

Bir qardaşın qətli, digərinin xəsarət almasına görə həbs olunan hərbçi şikayət verib

Bir qardaşın qətli, digərinin xəsarət almasına görə həbs olunan hərbçi şikayət verib
# 03 sentyabr 2024 12:33 (UTC +04:00)

Ötən il Gədəbəy rayonunda bir qardaşın ölümü, digərinin xəsarət alması ilə bağlı saxlanılan hərbçi Elpərəs İbrahimov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

APA xəbər verir ki, şikayət Gəncə Apelliyasiya məhkəməsinə təqdim olunub.

İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq.

Gəncə Hərbi Məhkəməsinin qərarı ilə E.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin may ayında Gədəbəy rayonunda baş verib. Novosaratovka kəndində kafedə kütləvi davada rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetiriblər.

Nəticədə Teymur Tapdıqov ölüb, xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.

Aparılmış istintaqla müddətdən atrıq hərbi xidmət qulluqçusu İbrahimov Elpərəs Bəhman oğlunun bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

E.İbrahimova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR