İrandakı BMT əməkdaşları Azərbaycan vasitəsilə köçürülüb.
APA xəbər verir ki, BMT əməkdaşlarından və onların ailə üzvlərindən ibarət kiçik bir qrup Astara dövlət sərhədindən buraxılış məntəqəsinə gəlib.
Ümumilikdə 15 nəfər, o cümlədən İranda fəaliyyət göstərən BMT əməkdaşları və onların ailə üzvləri Azərbaycan vasitəsilə müvəqqəti olaraq köçürülüb.