Paşha Bank
Bank Of Baku

BNMİ 82 kq narkotik və 6 mindən çox narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO

BNMİ 82 kq narkotik və 6 mindən çox narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO
# 23 oktyabr 2026 15:30 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

DİN-dən APA-ya verilən xəbərə görə, paytaxt ərazisində, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR