2025-ci ilin I yarımili ərzində respublika ərazisində 24 partlayış hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, bu, 2024-cü ilin I yarımili ilə müqayisədə 12 hadisə və ya 33% azdır. Partlayışlar zamanı 6 nəfər həlak olub, 38 nəfər xəsarət alıb.