Bu ilin 5 ayı ərzində 3323 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib. Xəbərə görə, məsuliyyətə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.