Bank Of Baku

Bulvarda kaktusları yandıran şəxs həbs olunub - YENİLƏNİB

Bulvarda kaktusları yandıran şəxs həbs olunub - YENİLƏNİB
# 13 iyun 2023 13:04 (UTC +04:00)

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı saxlanılan şəxs həbs edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü Varis Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

***

11.05

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR