Bank Of Baku

Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas edilib - VİDEO

Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas edilib - VİDEO
# 01 noyabr 2025 10:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar, 1985-ci il təvəllüdlü Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə çıxarılaraq xilas ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR