Cəlilabadda 2 maşın qoyun sürüsünə girib

Cəlilabadda 2 maşın qoyun sürüsünə girib
# 24 avqust 2023 10:55 (UTC +04:00)

Cəlilabadda yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili qoyun sürüsünə girib, nəticədə 20-dən çox qoyun tələf olub.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA - nın Cənub bürosunua bildirib ki, avqustun 24-də saat 05 radələrində Cəlilabad rayon sakinləri E.Şəmmədov və Ə.Alışovun idarə etdikləri "Mercedes" markalı avtomobillər rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən həmin vaxt yola çıxan qoyun sürüsü ilə toqquşub. Nəticədə 23 baş xırdabuynuzlu heyvan tələf olub, nəqliyyat vasitələrinə isə ziyan dəyib. Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR