Cəlilabadda avtobusda qaz balonunun yandırılması araşdırılıb - VİDEO - YENİLƏNİB

Cəlilabadda avtobusda qaz balonunun yandırılması araşdırılıb - VİDEO  - YENİLƏNİB
# 12 yanvar 2023 16:31 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polis İdarəsi Cəlilabadda avtobusda qaz balonunun yandırılması faktı barədə məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən video görüntü yayımlanıb.

DYP tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşrut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb. Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.

Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir.

***

14.50

Sosial şəbəkələrdə Cəlilabadda şəhərdaxili sərnişin avtobusunda qaz balonundan qızdırıcı kimi istifadə olunması faktı barədə yayılan görüntülər araşdırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Cəlilabadda avtobusda qaz balonunun yandırılması ilə bağlı görüntülərə münasibət bildirib.

Qeyd olunub ki, Cəlilabad şəhərdaxili 1 saylı marşrut xətti üzrə hərəkət edən “Mercedes Benz” markalı, 10 OG 584 nömrə nişanlı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğlu qaz balonunun mikroavtobusun sərnişinlərdən birinə aid olduğunu və onu salonu isitmək üçün yandırdığını deyib.

Sürücü belə təhlükəli halın baş verməməsi üçün dərhal xətdən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR