Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 142-ci km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, noyabrın 24-də saat 13:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona əzilmiş, cırılmış yara, küt travma, sınıq diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.