Bank Of Baku

Cəlilabadda baş verən qəzada sürücülər xəsarət alıb - FOTO

Cəlilabadda baş verən qəzada sürücülər xəsarət alıb  - FOTO
# 28 dekabr 2024 21:39 (UTC +04:00)

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara avtomagistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıb.

Xəsarət alan sürücülər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki sürücünün Alar kəndindən olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR