Bank Of Baku

Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb - FOTO - VİDEO

Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 25 oktyabr 2022 21:24 (UTC +04:00)

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində rayon sakinləri 1966-cı il təvəllüdlü Füzuli Əliyev və 1986-ci il təvəllüdlü Zamiq Quliyev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR